ABŞ-ın Utah əyalətində 7 uşağını qətlə yetirən ana həbs olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meqan Hantsman adlı 39 yaşlı qadın 7 körpəsini boğaraq onların cəsədini köhnə yaşadığı evin qarajında qutularda gizlədib. Ananın uşaqlarına qarşı törətdiyi dəhşətli hadisə onun köhnə əri Daren Vestin həbsxanadan çıxmasından sonra ortaya çıxıb. Qarajı təmizləmək istəyən Vest qutuların birində uşaq cəsədi gördükdən dərhal sonra polisə xəbər verib.
Polis tərəfindən aparılan araşdırmaları nəticəsində fərqli qutulara qoyulan 7 körpə cəsədi aşkara çıxıb və Megan Huntsman həbs olunub.
Hadisə ilə bağlı dindirilən Daren Vest həbs olunduğu 10 il müddətində keçmiş həyat yoldaşı tərəfindən dünyaya gətirilən körpələr və onların öldürülməsi ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB