Tərtərdə polisi bölməsinin zabiti bıçaqlanıb

Tərtərdə polisi bölməsinin zabiti bıçaqlanıb

Tərtərdə yol polisi bölməsinin zabiti bıçaqlanıb. SİA xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Avtovağzal yaxınlığında baş verən avtoxuliqanlıq barədə rayonun polis bölməsinə daxil olan məlumatdan sonra DYP Tərtər bölməsinin əməkdaşları hadisə yerinə gedib. Məlum olub ki, sərxoş vəziyyətdə avtomobilini idarə edən sürücü və onun qardaşları ilə polis əməkdaşları onun aralarında mübahisə yaranıb. Mübahisə zamanı sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin inspektoru, baş leytenant Qurban Allahverdiyevi bıçaqlayıb. Yaralı zabit dərhal Bərdə rayonunun Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Sürücü Rauf Həsənov, onun qardaşları Mehman və Qabil RPŞ-nin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə