Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomagistralının Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Şahmar Mahmudovun idarə etdiyi "Opel" markalı avtomobili yüksək sürətlə hərəkətdə olarkən yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə arxadan çırpıb. Nəticədə minik avtomobilində olan sərnişin, şəxsiyyəti hələlik məlum olmayan hadisə yerində dünyasını dəyişib.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Sürücü Şahmar Mahmudov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlumata görə, hadisəyə "Opel"in sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Qeyd edək ki, faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.
Kamran Əskiparalı, Şəmkir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB