Bakı şəhər sakini yaşadığı evin 5-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 13-də Bakı şəhər sakini Mais Fərəcov Nəsimi rayonu ərazisində yaşadığı evin 5-ci mərtəbəsinin açıq eyvanından ehtiyatsızlığı nəticəsində yıxılıb. Bu zaman o, həyətdə dayanan, qonşusu Rafayel Eyyubova məxsus "Mitsubishi" markalı avtomobilin üstünə düşüb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Fərəcov xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB