Şirvan-Salyan yolunda zəncirvari ağır yol qəzası FOTO

Şirvan-Salyan yolunda zəncirvari ağır yol qəzası FOTO

Ötən gün saat 19:15 radələrində Şirvan-Salyan magistral avtomabil yolunun 20-ci kilometrliyində Salyan rayonunun Qarabağlı kəndi ərazisində "Nissan Sunny", VAZ 2107 və UAZ markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Salyan rayonunun Kərimbəyli kəndinin sakini 1974-cü il təvəllüdlü Ataşov Zaur Alahşükür oğlunun idarə etdiyi "Nissan Sunny" markalı 34 BC 002 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə idarə edərkən əvvəlcə Qarabağlı kənd sakini 1987-ci il təvəllüdlü Əzizov Vüqar Əlixan oğlunun idarə etdiyi VAZ 2107 markalı 02 BG 388 dövlət nömrə nişanlı avtomobilinə sonra Salyan rayonunun Çadırlı kənd sakini 1958-ci il təvəllüdlü Abdulov Çingiz Məmmədşah oğlunun idarə etdiyi "Azenco" ASC-yə məxsus UAZ markalı 90 JT 214 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə "Nissan Sunny" markalı avtomobilin sürücüsü Zaur Ataşov kəllə beyin trvması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Digər UAZ markalı avtomobilin sürücüsü isə orta dərəcəli xəsarətələ Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə