Şirvanda ər arvadını amansızcasına qətlə yetirdi

Şirvanda ər arvadını amansızcasına qətlə yetirdi

Şirvan şəhərində ağır qətil hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhərin Çılpaqlı adlanan yaşayış massivində Neftçilər küçəsi ev 7-də yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu 21 ildir ailəs olan həyat yoldaşı 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını ötən axşam saat 11:00 radələrində yatdığı yerdə bıçaqla döş qəfəsindən 3 bıçaqla zərbə vuraraq amansızcasına qətlə yetirib.

Qətli törədəndən sonra zəhərli dərmanlar qəbul edərək intihar etmək istəyib. Hadisə haqda ilk olaraq bu gün günorta saatlarında mərhum Cavidi Xoşbətin bacısı xəbər tutub. Ailənin yatdığı otağın qapısının arxadan bağlı olmasından şübhələnən mərhumun bacısı pəncərəni qıraraq Cavidi Xoşbəxtin artıq əri tərəfindən qətlə yetirildiyini görüb.

Hadisəni törətməkdə şübhəli bilinən Cavidi Mübariz ruhi xəstə olub. Ona görə də qohumları daim onları nəzarətdə saxlayırmışlar. Bu axşam diqqətdən yayınan Cavidi Mübariz məlum hadisəni törədib və intihara əl atıb.

Hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qatilin vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb istintaq aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə