Prodüsser Sayqaya hücum olunub

Prodüsser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb, qaçıb.

DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə