Çantadan pul oğurlayan şəxs tutuldu

Çantadan pul oğurlayan şəxs tutuldu

Narkotik satan və oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi ilə Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ehtiram Məmmədovdan 0,182 qram heroin götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il mayın 24-də 61 aylı xətt avtobusunda Aygün Nəbiyevanın çantasından içərisində 550 manat, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartı olan pul kisəsini, oktyabrın 10-da 26 saylı xətt avtobusunda Lalə Cavadovanın çantasından içərisində 320 manat olan pul kisəsini və bu il martın 7-də 10 saylı xətt avtobusunda Elmir Əliyevin cibindən mobil telefonu naməlum şəraitdə oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə