Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz rayonunda iki "VAZ 21 06" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Xaçmaz-Niyazabad yolunda qeydə alınıb. Ağçay kənd yolundan əsas yola dönən "VAZ 21 06" markalı avtomobil qarşıdan gələn eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Yaralanan şəxslər 38 yaşlı Xaçmaz rayonunun Qaraqurdlu kənd sakini Gülşən Cəbrayılova və 29 yaşlı Xaçmaz rayonunun Ağçay kənd sakini Mahir Bayramovdur. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzanın dəqiq baş vermə səbəbləri hələlik məlum deyil. Aparılan araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə