40 ədəd çətənə bitkisi aşkar edilib

40 ədəd çətənə bitkisi aşkar edilib

Şirvanda 40 ədəd çətənə bitkisi aşkar edilib. Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Elnur Cəfərovun SİA-ya verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Şirvan şəhər polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri Vidadi küçəsi ev 5-də yaşayan 1972-ci il təvəllüdlü Əliyev Elman Vəli oğlunun yaşadığı fərdi yaşayış evinin həyətindən istintaqa mənbəyi məlum olmayan yerdən toxum əldə edilib. O, qanunsuz olaraq çətənə bitkisi əkib və aqrotexniki qaydada qulluq edib. Əməliyyat tədbirləri nəticəsində həmin ünvana baxış keçirilib və 40 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elman Vəliyev polis tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İqbal Mikayılov, Aran

Bütün xəbərlər Facebook səhifəmizdə