DİN yol qəzası ilə bağlı məlumat yaydı

DİN yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan Daxili İşlər Nazirliyi Ağdaşda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, aprelin 4-də saat 16 radələrində Ağdaş rayonu Əmrahlı kəndinin ərazisində Qazax rayon sakini Elvin Lalayevin idarə etdiyi "VAZ-21074", Hacıqabul rayon sakini Mehdi Əliyevin idarə etdiyi "KamAZ" və Tovuz rayon sakini Bəhram Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə E.Lalayev və sərnişinləri - azyaşlı qızı Raya, Qazax rayon sakini Akifə Qaraxanova hadisə yerində ölüb, B.Əhmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə