Cəlilabadda minik maşını yanıb

Cəlilabadda minik maşını yanıb

Bu gecə Cəlilabadda avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə