Şirvanda ağır avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.40 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində baş verib. Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Qasımov Elbrus Heybət oğlu idarə etdiyi "VAZ 21015" markalı 90 MZ 425 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərkən yolun kənarında dayanan Komunal Kombinat Müəsissəsinə məxsus olan çirkab suları çəkən "KAMAZ" markalı avtoçənli maşına çırpılıb. Nəticədə sürücü ağır vəziyyətdə kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan gecə yarısı Bakı şəhərinə qaldırılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB