Şirvanda ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, ötən gecə saat 23:40 radələrində Şirvan şəhəri G. Şıxbalaoğlu küçəsində Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Qasımov Elbrus Heybət oğlu idarə etdiyi "VAZ 21015" markalı 90 MZ 425 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərkən yolun kənarında dayanan Kommunal Kombinat müəssisəsinə məxsus, çirkab suları çəkən "KAMAZ" markalı avtoçənli maşına çırpılıb. Nəticədə sürücü ağır vəziyyətdə kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün vəziyyəti ağır olduğundan, gecə Bakıya gətirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov, Şirvan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB