Bu gecə Gəncədə 4 nəfər bıçaqlanıb. SİA-nın verdiyi məlumata görə, bıçaqlananlardan biri qadın, üç nəfər isə kişidir. Hər dörd xəstə şəhərin müxtəlif ərazilərində şəxsi münasibətlər zəminində bıçalanıb. İlk yaralı şəhər sakini 38 yaşlı Anjela Xəlilova olub. Bir bıçaq zərbəsi alan qadın ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Kəsici alətlə xəsarət alan digər sakin isə Gəncə sakini 25 yaşlı Tahir Əliyevdir. Dərhal əməliyyat olunan yaralı travmotologiya şöbəsinə yerləşdirilib.
Bıçaq zərbəsinə tuş gələnlər sırasında şəhər sakini 57 yaşlı İsmayıl Məmmədov da var. Ağır bədən xəsartələri alan sərxoş yaralının vəziyyəti kafi kimi qiymətləndirilir.
Günün sonuncu bıçaqlanma hadisəsi isə Gülüstan qəsəbəsində qeydə alınıb. Kəlbəcər sakini 18 yaşlı Səxavət Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, hər üç hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB