İranda qatar relsdən çıxıb

Bu gün yerli vaxtla saat 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətində hərəkət edən sərnişin qatarının vaqonları Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qatarın 5 vaqonu relsdən çıxaraq aşıb və bir neçə sərnişin xəsarət alıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.

Bu gün həmçinin İranın başqa bir əyalətində avtobus qəzası baş verib. Belə ki, bu gün səhər saatlarında Qəzvin-Zəncan magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb və 28 nəfər yaralanıb. Yaralananlar xəstəxanalara yerləşdirilib. Onlardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə