26 yaşlı gəncin toyu yasa döndü

26 yaşlı gəncin toyu yasa döndü

Bu gün günorta saat 13:00 radələrində Şirvan Hacıqabul avtomabil yolunun 1-ci km-də ağır qəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul rayon sakini 1988-ci il təvəllüdlü Həmzəyev Rəşad Elşad oğlu idarə etdiyi mersedes markalı 90 FP 312 nömrəli avtomobillə Şirvan istiqamətə sürətlə hərəkdə olan zaman idarə etməni itirərək yoldan çıxaraq uzaq məsafədən dərəyə yuvarlanıb. Ağır dərəcəli xəsarət alan 26 yaşlı gənc Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Gəncin 4 gün sonra 2 apreldə toy mərasimi olacaqdı.

Mərhum Rəşad Həmzəyevin toyuna gələnlər yasına gəlməli oldular. Yüksək sürət yenədə evlərə kabus gətirdi.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə