Daxili İşlər Nazirliyi Tovuz sakininin ermənilər tərəfindən vurulması faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 02:00 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.
Qeyd edək ki, martın 26-dan 27-nə keçən gecə erməni silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutublar. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB