Xəzərdə itkin düşən balıqçılar tapılaraq sahilə çıxarılıb. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxıb və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalıblar.
Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət sularda xilasetmə xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalıb, balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB