Havanın çirklənməsi 2012-ci ildə 7 milyon insanın həyatına son qoyub

Havanın çirklənməsi 2012-ci ildə 7 milyon insanın həyatına son qoyub

Havanın çirklənməsi 2012-ci ildə 7 milyon insanın dünyasını dəyişməsinə səbəb olub. Bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, son illər sənayenin inkişafı havanı çirkləndirməklə insanların həyatı üçün çox təhlükəli vəziyyət yaradıb. Çirkli hava şəraiti bir çox xəstəliklərin, xüsusilə xərçəng və tənəffüs yolları xəstəliklərinin daha geniş yayılmasına səbəb olub. Bu xəstəliklərin əsasən Asiya qitəsinin cənub-qərb və Sakit okean sahillərindəki ölkələrində daha geniş yayıldığı qeyd olunmuş və ətraf mühitin çirklənməsi nəticəsində 5,9 milyon insanın həyatına son qoyduğu diqqətə çatdırılıb.

Nəqliyyat vasitələrinin, sənaye müəssisələri tullantılarının və zəhərli qazların xəstəliklərin geniş yayılmasına əsas səbəb olduğu bildirilib.

Təşkilat, həmçinin yaxın vaxtlarda havanın çirklənməsinin qarşısı alınmazsa bəşəriyyəti qarşıda daha ciddi fəsadlar gözlədiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə