"Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb, 112 nəfər yaralanıb"

"Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb, 112 nəfər yaralanıb"

"Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb. Martın 20-dən 25-nə qədər respublika ərazisində 79 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 112 nəfər yaralanıb". SİA-nın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, piyadaların vurulması ilə nəticələnən 22 yol qəzası qeydə alınıb, 4 nəfər ölüb, 19 nəfər yaralanıb: "Qəzaların minimuma endirilməsi məqsədilə reydlər keçirilib. Hesabat dövründə 528 sərxoş sürücü, 713 ötmə qaydasını pozan, 3073 təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 60 sürücü barəsində, ümumilikdə isə 23082 hərəkət iştirakçısı haqqında inzibati protokol tərtib edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə