Ötən gün Goranboy rayonunda dəhşətli qəza baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, qəza Ballıqaya kəndinin ərazisindəki daş karxanasında olub.
Daş karxanasında işləyən Sahib Aslanovun idarə etdiyi "T-130" markalı buldozer aşıb. Qəza nəticəsində sürücü buldozerin altında qalıb.
Hadisə yerinə gələn xilasedicilər və hüquq-mühafizə orqanları sürücünün buldozerin altında qalaraq əzilən meyidini çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB