Qazaxda mağazadan oğurluq olub

Qazax şəhər Heydə Əliyev küçəsində İsə İsmayılova məxsus mağazadan oğurluq olub. Mağazadan 2 ədəd kompütür, 16 ədəd telefon və 250 manat pul oğurlanıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbər görə, 27 Fevral 2014-cü il tarixdə Qazax Şəhər sakini İsmayılov İsə Amir oğlu Polis şöbəsinə müraciət edərək fevralın 27-dən, 28-nə keçən gecə Heydər Əliyev küçəsində yerləşən mağazasından oğurluq olduğunu bildirib. Mağazadan 2 ədəd notbuk kompüteri, 16 ədəd mobil telefon və 250 manat pul oğurlandığını deyib. Qazax rayon polis şöbəsinin keçirdikləri əməliyyat axtarış nəticəsində oğurluq edən şəxs Qazax rayonunun Ağköynək kənd sakini 1975-ci il təvəllüdlü Osmanov Ayaz Nizami oğlu saxlanılaraq istentaqa təhvil verilib.

Qeyd edək ki, Ayaz Osmanov əvvəllədə narkotik alüdəçisi kimi iki dəfə də məhkumluq həyatı yaşayıb.

Kamran Əskiparalı, Qazax

Bütün xəbərlər Facebook səhifəmizdə