Həftəsonu yol qəzasında 9 nəfər ölüb

Həftəsonu yol qəzasında 9 nəfər ölüb

Həftəsonu yollarda baş verən qəzalarda 9 nəfər ölüb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, martın 15-də və 16-da respublikanın avtomobil yollarında 16 yol qəzası qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb.

Belə ki, martın 15-də avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Martın 16-da isə ölkə üzrə avtomobil yollarında 8 yol qəzası qeydə alınıb. Baş vermiş qəzalar zamanı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə