Masallıda zəncirvari yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran-Boradigah sose yolunun rayonun Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb. Masallının Bədələn kənd sakini, 1989-cu il təvəllüdlü Habil Oruc oğlu Babayevin idarə etdiyi "VAZ-2106" markalı, 44 BC 525 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən rayonun Mahmudavar kənd sakini, 1936-cı il təvəllüdlü Əbdülrəhim Fərman oğlu Cəbiyevin idarə etdiyi "VAZ-2107" markalı, 44 BN 367 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq rayonun Bədələn kənd sakini, 1992-ci il təvəllüdlü Fariz Xanhüseyn oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 90 XA 387 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. "VAZ-2107" markalı avtomobil isə yolun kənarında dayanmış rayonun Mahmudavar kənd sakini, 1990-cı il təvəllüdlü Röyal Gülmirzə oğlu Kərimova məxsus "VAZ-2106" markalı, 10 LX 943 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə hər dörd avtomobilə ciddi ziyan dəyib, həmçinin birinci avtomobilin sürücüsü Habil Babayev və onun yanındakı sərnişin, rayonun Bədəlan kənd sakini İxtiyar Bəxtiyar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin versiya kimi qəzanın avtomobillərin yağışlı havada yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB