Bakıda "cip"lə sərnişin avtobusunun toqquşması zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə SİA Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir.
Martın 13-də saat 20 radələrində Qaradağ rayonu ərazisində isə Kəlbəcər rayon sakini Eyvaz Malasovun idarə etdiyi "Toyota-Prado" və Bakı şəhər sakini Nihad Kərimovun idarə etdiyi 157 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtomobillər toqquşub. E.Malasov hadisə yerində ölüb, N.Kərimovun sərnişini - həmyerlisi Elsun Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB