FHN-dən “Moskva” univermağı ilə bağlı rəsmi açıqlama

FHN-dən “Moskva” univermağı ilə bağlı rəsmi açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) "Moskva" Univermağında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "MOSKVA" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə