9 gün əvvəl törədilən cinayətin üstü açıldı

9 gün əvvəl törədilən cinayətin üstü açıldı

Azərbaycanda 9 gün əvvəl törədilən qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Salyan rayonunda Aydın Xəlilovu kəsici-deşici alətlə qətlə yetirən qrup üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunan Fuad Rəhimov, Bakı şəhər sakini Tacəddin Qafarov, Balakən rayon sakini Təvəkkül Seyidov və qətlin sifarişçisi, Salyan rayon sakini Şahin Niftəliyev yaxalanıb.

Xatırladaq ki, hadisə martın 4-də Salyanın Qaraçala kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu bir neçə bıçaq zərbəsi ilə naməlum şəraitdə qətlə yetirilib. Şahidlərinin bildirdiyinə görə, A. Xəlilovla qara rəngli "Prado" avtomobilində olan naməlim şəxslər arasında mübahisə baş verib, həmin şəxslər onu bıçaqladıqdan sonra yerə atıblar.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə