“Sahil” Ticarət Mərkəzi 90 dəqiqə ərzində 1500 kvadrat metr yandı

Etibar Mirzəyev: “Yanğın zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib”
“Sahil” Ticarət Mərkəzi 90 dəqiqə ərzində 1500 kvadrat metr yandı

"Sahil" Ticarət Mərkəzində baş verən yanğın barədə "112" xidmətinə 09:48-də məlumat daxil olub və dərhal yanğın yerinə yanğınsöndürənlər göndərilib. SİA-nın məlumatına görə, bunu hadisə yerində olan jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, hadisə yerinə 12 yanğın söndürən maşın cəlb olunub: "Yanğın "Sahil" Ticarət Mərkəzinin üçüncü mərtəbəsində 1500 kvadrat metr sahəni əhatə edib və hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın 1 saat 35 dəqiqə ərzində söndürülüb. Hadisə zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib. Hadisənin başvermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə