Bu gün Sahil Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yanğın baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın böyük sahəni əhatə etdiyindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini mühasirəyə alıblar.
2–ci mərtəbədə baş verən yanğın zamanı bir nəfər uşaq zəhərlənib, bir nəfər isə FHN-nın əməkdaşları tərəfindən xilas edilib. Hazırda yanğın davam edir.
Yanğın güclü olduğundan FHN-in 3 yanğınsöndürmə maşını və Bakı şəhər Təcili Tibbi Yardım avtomobilləri hadisə yerinə cəlb olunub. Hələlik xəsarət alanlar barəsində rəsmi məlumat verilməyib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB