FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yayıb

FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb. SİA nazirliyin saytında istinadən xəbər verir ki, Yevlax rayonu ərazisində, Bakı-Qazax yolunun 259-cu kilometrliyində "VAZ" markalı minik avtomobili və "SHACMAN" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Kərimov Zöhrab Ceyhun oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə