Qadınları pis yola çəkən 3 nəfər tutuldu

Qadınları pis yola çəkən 3 nəfər tutuldu

Qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhərinin 3 sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumatlar əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Keçirilən əməliyyat tədbiləri nəticəsində Bakı şəhərinin 3 sakini saxlanılıb. Onların hər üçü qadındır. Bunlar - Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyevadır.

Onların gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdikləri məlum olub

Bütün xəbərlər Facebook səhifəmizdə