Bakıda "cip"dən oğurluğa cəhd edən şəxsi tutub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 4-nə keçən gecə Z.Tağıyev küçəsində yaşayan Xanlar Cəfərova məxsus "Grand Cherokee" markalı avtomobildən şüşəni sındırmaqla oğurluğa cəhd olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluğa cəhddə şübhəli bilinən Bakı şəhər sakini Nazim Ümidov tutulub.
M.Ümidovun tutulması üçün keçirilmiş əməliyyat-axtarış tədbirlərinə DİN-in bir neçə strukturunun - Bakı Şəhər BPİ TŞX, Səbail RPİ TŞX, PPXB və 9-cu PB-nin əməkdaşları da cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB