Azərbaycanda İranın xüsusi xidmət orqanlarına çalışanlar saxlanılıb. SİA bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabata əsasən xəbər verir.
Məlumatda bildirilir ki, mobil telefon aparatlarının, həmçinin dövlət yol polisi məlumat bazarının əldə edilməsi, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızda diplomatik nümayəndələrinin əməkdaşları barədə məlumatların toplanılması, onların video-foto çəkilişlərinin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən 2 Azərbaycan vətəndaşı yaxalanıb.
Həmçinin iki vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlarına cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirən İran vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Həmçinin hesabatda deyilir ki, ötən il törədilən hərbi cinayətlərə görə, 1 hərbi qulluqçu tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB