Avtomobil körpüdən suya düşdü

Avtomobil körpüdən suya düşdü

Gəndob-Yalama yolunun 27-ci km-də, magistralın Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Qudyalçayın üzərindəki körpüdə qeydə alınan hadisə zamanı 56 yaşlı Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Ağaqulu Rzayevin idarə etdiyi "Hyundai" markalı avtomobil 50 metr hündürlükdən çaya düşüb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü Ağaqulu Rzayev hadisə yerində dünyasını dəyişib.

Onun meyidi isə FHN-nin Xaçmaz Regional xilasədiciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, qəza zamanı o, avtomobildə tək olub. Hazırda fakt araşdırılır.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə