Ata qızını öldürdü DƏHŞƏT

Ata qızını öldürdü DƏHŞƏT

Azərbaycanda dəhşətli qətl hadisəsi qeydə alınıb. Bu barədə SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

Belə ki, martın 3-də Qəbələ rayonunun Kürd kəndində Gündüz Ələsgərov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində azyaşlı qızı, 2012-ci il təvəllüdlü Mədinəni yastıqla boğaraq öldürüb. Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gündüz Ələsgərov tutulub.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə