Bu gün saat 20.30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. SIA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən "VAZ 2106" markalı avtomobil yolun yaxınlığında quraşdırılan yas mağarına girməsi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan bəziləri ilkin tibbi yardım üçün Samux rayon MX-na çatdırılsa da vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini – 33 yaşlı Cuma Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov Gəncə şəhər TTYX-na yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq Sakit Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır. Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb avtomobil sürücüsünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub. Hazırda polis sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB