Təhsil Nazirliyinə məxsus məktəb yandı

Təhsil Nazirliyinə məxsus məktəb yandı

Sabirabad rayonunda orta məktəbdə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə