Salyanda qətil hadisəsi baş verib

Salyanda qətil hadisəsi baş verib

Ötən gün axşam saatlarında Salyan rayonun Qızılağac kənd icra nümayəndəliyinin Alçalı yaşayış məntəqəsində qətl hadisəsi qeydə alınıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Alçalı kənd sakini 44 yaşlı Şəmsəddin Usu oğlu Əsədovla həmyerlisi, 39 yaşlı İlqar Zakir oğlu Nəzirova arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb.

Nəticədə Şəmsəddin Əsədov üzərində gəzdirdiyi bıçaqla İlqar Nəzirova 2 bıçaq zərbəsi vurub. Yaralı Salyan rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib. Şəmsəddin Əsədov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlqar Nəzirovun meyiti bu gün günorta saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb. Qətlin əsl səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə