Ötən gün axşam saatlarında Şabran rayonu, Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Elmar Abdulrəhmanov idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla Şabran rayonu, Sicanboyad kənd sakini 24 yaşlı Hüseynov Mahir Əlişah oğlunu vurub.
Qəza nəticəsində piyada ağır bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Tibb müəssisəsindən verilən məlumata görə, xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB