Bakıda avtomobildən silah sursat aşkar edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, polislər Maştağa qəsəbə sakini Ağa Seyid Əli Tarverdiyevin idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobili saxlayıb.
Avtomobilə baxış zamanı 12 kalibrli "Etro" markalı ov tüfəngi, ona aid 10 ədəd patron və sandıqçasında 8 ədəd patronu olan "Makarov" markalı tapança aşkar edilərək götürülüb. Ağa Seyid Əli Tarverdiyev saxlanılıb.
Qeyd edək ki, əməliyyat Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB