Bakıda minik maşını ilə mikroavtobus toqquşub, sürücü xəsarət alıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "Daewoo" markalı mikroavtobus toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB