Şirvan sakini intihar edib

Şirvan sakini özünü 5-ci mərtəbədən ataraq intihar edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 12.45 radələrində Heydər Əliyev prospekti 1 mənzil 171 ünvanında yaşayan 1986-cı il təvəllüdlü İbrahimova Günel Mirfət qızı yaşadığı mənzilin pəncərəsindən özünü ataraq intihar edib. G.İbrahimova ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 27 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O aldığı xəsarətlərdən reanimasiya palatasında dünyasını dəyişib. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə