İki qadın yaşadığı mənzilin qarşısında bıçaqlanıb

İki qadın yaşadığı mənzilin qarşısında bıçaqlanıb

Gəncədə ana və bala bıçaqlanıb. SİA-nın Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, naməlum şəxs və şəxslər şəhərin Atatürk prospekti bina 265 mənzil 30-n qarşısında 33 yaşlı Mehdiyeva Şəmsiyyənur 20 onun anasına isə 5 bıçaq zərbəsi endiriblər. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Ən ağır bədən xəsarəti alan 33 yaşlı qadın cərrahiyyə əməliyyatı oldunduqdan sonra reanimasiya şöbəsinə, onun anası 58 yaşlı Kəmalə Mehdiyeva isə travmatologiya şöbəsinə yerləşdirliblər. Hazırda polis tərəfindən qadınların kimin və hansı məqsədlə bıçaqlandığı araşdırılır.

Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə