Lənkəran və Qəbələ polisi oğurluq edən şəxsləri yaxalıyıb

Lənkəran və Qəbələ polisi oğurluq edən şəxsləri yaxalıyıb

Lənkəranda oğurluq edən şəxs saxlanılıb. SİA-nın daxili işlər nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Məmməd İbadovun evindən 2150 manat pul və məişət əşyaları oğurlayan Nərimanabad qəsəbə sakini Rəşad İbadov tutulub.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il oktyabrın 29-da Vadim Atariyə məxsus mağazadan 200 manat pul, 2 ədəd noutbuk, 1 ədəd modem, danışıq kartları və digər əşyalar oğurlayan Nic qəsəbə sakini Vitali Dallari tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə