Şirvanda narkotik satan şəxs tutulub. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Anar Şirinov bildirib ki, 03 fevral tarixdə polis şöbəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Şirvan şəhəri, Vidadi küçəsi ev 25-də yaşayan Mehtiyev Ağa Sabir oğlu qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etdiyi üçün saxlanılıb.
Saxlanılan zaman şəxsin üzərindən ümumi çəkisi 3,402 qram çəkidə 9 ədəd sellefona bükülmüş müxtəlif çəkilərdə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs barədə həbs qəti imkan tədbiti seçilib. Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB