Piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib

Piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib

Bakı - Qazax magistralının 399 km-də Şəmkir rayon Muxtariyyə kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin Şəmkir rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, rayon sakini 37 yaşlı Şahin Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Şəmkir rayon Muxtariyyə kənd sakini 57 yaşlı Eyvaz Vəliyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ilə bağlı BDYP idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə