Ötən gün axşam saatlarında Şəmkir rayonunun Kür qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Qəsəbə sakini 66 yaşlı Eyyub Həsənov, həyat yoldaşı 60 yaşlı Afiqə Həsənova, nəvələri 10 yaşlı Fidan və 8 yaşlı Fatimə dəm qazından zəhərlənərək Şəmkir MRX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, aparılan tibbi yardımlardan sonra Fatimə və Fidan Həsənovanın vəziyyəti nisbətən yüngülləşib. Ər-arvadın sağlıq vəziyyəti isə ürəkaçan deyil. Hazırda reanimasiya tədbirlər davam etdirilir.
Qeyd edək ki, faktla bağlı müvafiq strukturlar tərəfindən araşdırma aparılır.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB