Bu gün Gəncədə axşam saatlarında yol qəzası baş verib.
Şəhər sakini 1990-cı il təvəllüdlü Hikmət Əliyev idarə etdiyi avtomobili yol kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində sürücü H.Əliyev döş qəfəsindən aldığı xəsarətlə hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan sürücünün vəziyyəti stabildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB