Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş vasitələr götürülüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Kamran Barat oğlu Məmmədovun üzərinə baxış keçirilərkən, əynində olan gödəkcənin cibindən şəffaf sellofan bükülüdə 16 ədəd yaşıl rəngli "Tramadol" həbləri aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB